Türkiyə MİT daha bir PKK rəhbərini məhv etdi
14 Noyabr 2023 12:52 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Remzi Avcını Süleymaniyədə keçirilən əməliyyatla zərərsizləşdirib.
Olaylar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, kod adı "Çiya Amed" olan Remzi Avcı terror təşkilatının Kərkük əyaləti üzrə cavabdeh şəxsi olub.
Terror təşkilatında 1992-ci ildən etibarən Türkiyə dövləti əleyhinə silahlı fəaliyyətlər həyata keçirən Remzi Avcı dəfələrlə qaçmağa nail olsa da, bu dəfə MİT uğurlu əməliyyatla terrorçunu zərərsizləşdirə bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31