Yəhudilərin başına gətirilən soyqırımda alman və fransız hökumətlərinin rolunun olduğu hamıya bəllidir - ÖZƏL

"Fransa və Almaniyada artan antisemitizmin kökündə tarixi olaraq yəhudilərə qarşı olan dözümsüzlük dayanır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, İkinci dünya müharibəsi dövründə yəhudilərin başına gətirilən soyqırımda alman və fransız hökumətlərinin rolunun olduğu hamıya bəllidir:
"Dünya nə qədər dəyişsə də, həmin xalqların yaddaşında antisemit duyğular olmamış deyildir ki, indi fürsət düşən kimi özünü göstərir. Bu siyasət Berlin və Paris üçün bumeranq effekti yarada bilər". 
Azər Qasımov qeyd edib ki, antisemitizmin güclənməsi dünya nizamına qarışıqlıq gətirə bilər:
"Bu, çox təhlükəli tendensiyadır və pis president yaradır. Avropanın aparıcı iki ölkəsinin antisemit siyasəti Avropa İttifaqının parçalanmasına kimi gedib çıxa bilər. Aİ-nın iqtisadiyyatı bu ölkələrin üzərində daha çox dayanır. Yəhudi lobbisinin dünya maliyyə qaynaqlarına nəzarət etməsi fonunda antisemitizm nöqteyi-nəzərindən çıxış edən ölkələrin cəzalandırılması ehtimalını hesaba alsaq Almaniya və Fransa üçün bu, yaxşı gələcək vəd etməz. Bu da öz növbəsində Aİ-nın gələcəyinə təsir edər".

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31