Bu ölkə “TikTok”u qadağan edəcək
14 Noyabr 2023 12:13 DünyaCənubi Asiya ölkələrindən biri olan Nepal Çin mərkəzli sosial media tətbiqi "TikTok"u mənfi təsirləri səbəbindən qadağan etmək qərarına gəlib.
Olaylar.az xəbər verir ki, son dörd ildə Nepalda "TikTok" ilə bağlı 1600-dən çox kibercinayət hadisəsi qeydə alınıb.
Nepalın rabitə və informasiya texnologiyaları naziri Rexa Şarma "TikTok"un qadağan edilməsi qərarının bazar ertəsi səhər saatlarında keçirilən kabinet iclasında qəbul edildiyini söyləyib.
"Texniki olaraq onu bağlamaq üçün səylər göstərilir", o deyib.
Qeyd edək ki, Nepal Telekommunikasiya Təşkilatının prezidenti Puruşottam Xanal internet provayderlərindən "TikTok" tətbiqini bloklamağı istədiyini açıqlayıb. (Trend)
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31