Ukrayna qüvvələri Donetsk vilayətini sutka ərzində 36 dəfə atəşə tutub - ÖZƏL
14 Noyabr 2023 12:01 Dünya"Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Donetsk Xalq Respublikasının (DXR) ərazisini 36 dəfə atəşə tutub".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Müharibə Cinayətləri ilə bağlı Məsələlərin Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki DXR missiyası bildirib.
"Missiya son sutka ərzində Ukrayna silahlı birləşmələri tərəfindən atəşə tutulması ilə bağlı 36 fakt barədə məlumat verib. Donetsin Kuybışevski rayonunda və Starobeshevski rayonunda iki mülki şəxsin həlak olması barədə məlumat daxil olub. Beş dinc sakin müxtəlif ağırlıqda yaralanıb. Donetskin Kuybışevski, Petrovski və Kirovski rayonlarında. Yaşayış evlərinə dəymiş ziyan qeydə alınmayıb. Bir mülki infrastruktur obyektinə ziyan dəyib", - məlumatda deyilir.
Ukrayna ordusu Qorlovka, Donetsk, Koloski, Makeevka və Yasinovatski rayonlarını atəşə tutub.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun