Qərb Suriya iqtisadiyyatını sanksiyalarla sıxışdırır – Rusiya Xarici İşlər Nazirliyi - ÖZƏL
14 Noyabr 2023 11:22 Dünya"ABŞ və Aİ-nin qeyri-qanuni sanksiyaları Suriya iqtisadiyyatına ağır zərbə vurur, Vaşinqton və onun müttəfiqləri ölkənin enerji resurslarını və ərzaqlarını talamaqda davam edir".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"ABŞ və Aİ Suriya Ərəb Respublikasının iqtisadiyyatını qeyri-qanuni birtərəfli sanksiyalarla boğmağa davam edir. Bu sanksiyalar ölkəyə tikinti materialları və elektrik generatorları, dərmanlar və tibbi avadanlıqlar, eləcə də ikili təyinatlı məhsullar kimi uşaq qidaları və diş pastalarının idxalını qadağan edir. Eyni zamanda, Suriyanın şimal-şərqində və cənubunda əraziləri qanunsuz işğal edən Vaşinqton və onun müttəfiqləri neft və taxılın talanında və qaçaqmalçılığında iştirak edir, Suriya əhalisini ərzaq və enerji resurslarından məhrum edir" - nazirlik, qeyd edib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun