Netanyahu hakimiyyəti gərək yəhudilərə qarşı Avropada, xüsusilə, Almaniyada nifrətin artacağını hesablayardı - ÖZƏL

"Əgər Qəzzada qırğınlar davam edərsə, İsrailə qarşı münasibət tamamilə dəyişəcək. Çünki Avropada hakimiyyətlər ictimai rəyi nəzərə almaq məcburiyyətindədirlər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Mütəllim Rəhimli Fransada va Almaniyada artmaqda olan antisemitism meyilləri barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, siyasi hakimiyyətlər xalqın tələbi ilə İsrailə qarşı addımlar atmaqdan yayına bilməyəcəklər:
"Gözlənilən ən pis variant isə odur ki, Avropa ölkələrində yəhudilərin təqibi prosesi getdikcə daha da artacaq, bu da daxili sabitliyi təhdid edəcək".
Mütəllim Rəhimli deyib ki, İsrailin HƏMAS-ı məhv etmək bəyanatı altında fələstinliləri kütləvi şəkildə öldürməsi siyasi hakimiyyətlər tərəfindən susqunluqla qarşılansa da insanların vicdanı buna dözə bilməz:
"Fələstinlilərə münasibətdə də siyasi yalanlar əsl həqiqəti müəyyən müddət gizlədə bildi. Artıq dünya ictimaiyyəti doğrunu təyin etmək durumuna gəlib. Bu isə təbii insanlıq halına uyğun olaraq təcavüzkarın lənətlənməsinə gətirib çıxarmalıdır. Bu baxımdan İsrailin Qəzzadakı kütləvi qırğınları etirzlarla qarşılanacaq. Amma çox təssüf ki, ictimai rəyin aldadılması nəticəsində bu xeyli vaxt aparır. Bu müddət ərzində isə uşaqlar, qadınlar, qocalar öldürülür. Bu faciədir və ona normal insan biganə qala bilməz".
Ekspert deyib ki, Avropada vaxtilə yəhudilərə qarşı törədilmiş qırğınlar təqdir edilməli hal olmasa da, avropalılar yəhudilərlə münasibətlərinin uyuşmazlığını unutmayıblar və yaddaşlarının dərinliyində yaşadırlar:
"Bütün bunlar və üstəlik, yəhudilərin indiki insanlıq əleyhinə hərəkətləri onları qınamaq üçün kifayət qədər əsas yaradır. Yadda saxlamaq lazımdır ki, bu müharibə başlamamışdan əvvəl də Avropanın bir sıra ölkələrində sinaqoqlar sərbəst fəaliyyət göstərə bilmirdi və yalnız ibadət vaxtı dindarların təhlükəsizliyi hökumət tərəfindən təmin edilə bilirdi. Gərək bu vəziyyəti Netanyahu hakimiyyəti unutmayaydı və getdikcə uzanan indiki müharibədə yəhudilərə qarşı Avropada, xüsusilə, Almaniyada nifrətin artacağını hesablayardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31