Putin növbəti seçkilərdə iştirak etməyə bilər - ÖZƏL
14 Noyabr 2023 07:48 Dünya"Rusiya prezidenti Vladimir Putin 2024-cü il seçkilərində iştirak etməyə bilər. Bunu əsasən səhhəti ilə əlaqələndiriləcək". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində Kremlin ciddi irəliləyiş əldə etməməsi, iqtisadi və sosial problemlər, sanksiyaların genişləndirilməsi Rusiyanı ciddi şəkildə zəiflədir:
"V. Putinin hakimiyyətdə olması Ukrayna ilə bağlı müharibədə danışıqlar istiqamətində irəliləyiş gözlənilmir. Rusiya bu müharibəni strateji cəhətdən uduzub. V. Putinin növbəti dəfə hakimiyyətdə qalması isə, problemləri dərinləşdirəcək. Rusiya bu böhrandan çıxmaq üçün planlar hazırlayır. Məhz V. Putinin də növbəti dəfə seçkilərə getməməsi planlardan biridir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31