HƏMAS Qəzzaya nəzarəti itirib - İsrailin müdafiə naziri

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağına nəzarəti itirib, tərəfdarları cənub istiqamətində qaçır.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, yerli mülki əhali onların bazalarını talan edir:

"HƏMAS-ın İsrail Müdafiə Qüvvələrini dayandıracaq qüvvələri yoxdur. İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə irəliləyir. HƏMAS Qəzzaya nəzarəti itirib. Terrorçular cənuba qaçır. HƏMAS bazaları mülki şəxslər tərəfindən talan edilir. Onların hökumətə inamı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31