Kuzey Kıbrısın elanının 40 illiyi qeyd olunub
13 Noyabr 2023 22:31 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin elanının 40 illiyi ilə bağlı Bakıda mərasim keçirilib. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyin rəhbəri Ufuk Turqaner Kuzey Kıbrısın tarixi, 40 il ərzində keçdiyi şərəfli yol, bu günkü vəziyyəti barədə danışıb. Hələ də Kuzey Kıbrısa qarşı beynəlxalq səviyyədə ədalətsiz davranışların olduğunu, embarqoların aradan qaldırılmadığını diqqətə çatdıran Ufuk Turqaner son illərdə müşahidə edilən müsbət tendensiyalar barədə də danışıb. Bildirib ki, Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik olması Kıbrısın beynəlxalq əlaqələrinin genişləndirilməsində, dünyaya açılımında mühüm rol oynayacaq.
Ufuk Turqaner Kuzey Kıbrısın Azərbaycanla əlaqələrindən də danışıb. Bu əlaqələrin hər ötən gün yeni bir məcraya qədəm qoyduğunu deyən Ufuk Turqaner Kuzey Kıbrıs Türk Cumhuriyetinin prezidenti Ersin Tatarın bir müddət əvvəl baş tutan Azərbaycan səfərinin ikitərəfli əlaqələrin yeni bir mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıdığını deyib
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Kuzey Kıbrısın elanının 40 illiyini təbrik edib, tezliklə Kıbrısın müstəqil dövlət kimi beynəlxalq miqyasda tanınmasını arzulayıb.
Səməd Seyidov çıxışında Kuzey Kıbrısla Azərbaycan arasındakı münasibətlərdən də danışıb və bu əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Komitə sədri Kuzey Kıbrıs Türk Cumhuriyyəti prezidenti Ersin Tatarın Azərbaycan səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olacağını deyib
Sonra mərasim milli musiqilərin ifası ilə davam edib.