Peskovdan Putinin seçkilərdə namizədliyi ilə bağlı açıqlama

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildəki prezident seçkilərində namizədliyini irəli sürməklə bağlı hələ ki, qərar qəbul etməyib.

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Aydındır ki, bu mövzu getdikcə siyasətçilərin və mütəxəssislərin daha çox diqqətini cəlb edir. Bununla bağlı hələlik qərar verilməyib. Namizədliyi elan etmək vaxtı yaxınlaşır. Lakin hələ ki, qərar verilməyib, verilən kimi sizi məlumatlandıracağıq", - o deyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi planlaşdırılır. Seçkilərin tarixi barədə Federasiya Şurası bu ilin dekabrında rəsmi qərar verəcək. Rusiya prezidenti Vladimir Putin seçkilərdə namizədliyi ilə bağlı qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31