Rusiya kəşfiyyatçıları Kupyansk yaxınlığında Ukrayna qoşunlarını məhv ediblər - ÖZƏL
13 Noyabr 2023 14:20 Dünya"Rusiyanın "Qərb Döyüş Qrupu"nun kəşfiyyatçıları Xarkov vilayətinin Kupyansk istiqamətində pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna qoşunlarının irəliləyən hücum dəstəsini məhv ediblər".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi bildirib.
"Dünən gecə irəliləyən Ukrayna hücum komandası aşkar edilib və o, Kupyansk bölgəsində pilotsuz təyyarələrin istifadəsi ilə məhv edilib" - nazirliyin, bəyanatında deyilir.
Rusiya qüvvələri düşmənin ərazi müdafiə qoşunlarına məxsus sursat anbarını məhv edərkən, Kupyansk istiqamətində Ukraynanın iki hücumunu dəf edib. Ümumilikdə, Ukraynanın son sutka ərzində itkiləri təxminən 40 əsgər təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31