Refah vasitəsilə Qəzzaya rekord sayda humanitar yardım yük maşını daxil olub - ÖZƏL
13 Noyabr 2023 13:04 Dünya"Humanitar yük daşıyan143 yük maşını Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olub, bu, Yaxın Şərqdəki son eskalasiyadan bəri gündəlik maksimumdur".
Olaylar.az xəbər verir ki, bunu İsrailin Ərazilərdə Hökumət Fəaliyyətləri üzrə Koordinatoru (COGAT) bildirib.
"Müharibə başlayandan bəri ən çox sayda yardım maşını yoxlanılaraq bu gün Qəzzaya göndərilib", - COGAT-ın bəyanatında deyilir.
Onun sözlərinə görə, bunun 72-si ərzaq (1620 ton), 11-i tibbi avadanlıq (137-si), 22-si su (444-ü), 15-i sığınacaqlar üçün (220 milyon ton), digər 23-ü isə ümumi çəkisi 351 metrik ton olan müxtəlif humanitar yükləri yük maşını ilə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31