Ərdoğan Almaniyaya rəsmi səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 noyabr tarixində Almaniyaya rəsmi səfər edəcək.

Olaylar.az TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Türkiyə prezidenti buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. (Trend)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31