ABŞ-ın Suriyanın şərqində iranpərəst qruplara zərbələri 6 nəfərin ölümü ilə nəticələnib — ÖZƏL

"ABŞ-ın Suriyanın şərqində İranın dəstəklədiyi qruplaşmalara qarşı endirdiyi aviazərbələr nəticəsində 6 nəfər ölüb".

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi verib.
Nümayəndənin sözlərinə görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Yaxın Şərqdəki bazalarına hücumları nəticəsində İran qüvvələrinin ən azı altı döyüşçüsü öldürülüb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin daha əvvəl təsdiqləyib ki, ABŞ prezidenti Co Bayden bazar günü Suriyanın şərqində İranın dəstəklədiyi qruplara qarşı hava hücumları əmrini verib:

"ABŞ hərbi qüvvələri bu gün Suriyanın şərqindəki İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İrana bağlı qruplar tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı davam edən hücumlara cavab olaraq Suriyanın şərqindəki obyektlərə dəqiq zərbələr endirib. Zərbələr təlim obyektinə və müvafiq olaraq Əbu Kamal və Mayadin şəhərləri yaxınlığında evlərə endirilib" - o, deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31