Ötən gün Qəzzadan Misirə rekord sayda əcnəbi vətəndaş təxliyə edilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ötən gün Qəzzadan Misirə 826 nəfər əcnəbi vətəndaş təxliyə edilib.

Olaylar.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Həmçinin qeyd olunub ki, bu, oktyabrın 7-dən etibarən Qəzza zolağından təxliyə olunan əcnəbi vətəndaşlarının rekord sayıdır.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31