Türkiyə və Aİ-nin mövqeyi bir-birinə ziddir - Ərdoğan
13 Noyabr 2023 11:38 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyə və Avropa İttifaqının mövqeyi bir-birinə ziddir.
Olaylar.az-ın TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Təəssüf ki, Avropa İttifaqının (Aİ) Türkiyəyə baxışı hər mövzuda əksdir. Biz Türkiyə olaraq Aİ-nin tələsinə düşməyəcəyik. Aİ, İsrailin qətliamında insan ləyaqətini görə bildimi və ona hörmət etdimi? Təəssüf ki, bu günə qədər Aİ-yə üzv dövlətlərdən heç bir cavab görməmişəm. Təəssüf ki, Aİ-dəki yanaşma bizim yanaşmamıza uyğun gəlmir",- deyə Ərdoğan bildirib.
Xatırladaq ki, 9 noyabr tarixində Avropa İttifaqı yaydığı hesabatda rəsmi Ankaranın quruma üzvlüyə hələ tam hazır olmadığını bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31