İsrail təxliyə prosedurları ilə bağlı konstruktivdir — ÖZƏL
13 Noyabr 2023 11:19 Dünya"İsrail son iki gün ərzində Rəfah keçid məntəqəsi vasitəsilə təxliyədə konstruktiv olub, keçid məntəqəsinin atəşə tutulması barədə məlumat verilməyib".
Olaylar.az xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
Rəfah keçid məntəqəsi vasitəsilə 70 rusiyalının təxliyyə edilməsinə münasibət bildirən səfir, keçid məntəqəsi yaxınlığında daim dəyişən vəziyyətlə əlaqədar olaraq, bir neçə gün ərzində dalğalar şəklində əlavə təxliyyələrin planlaşdırılıb-planlanmadığını deyə bilməyib:
"Bu, Misir-İsrail münasibətləri məsələsidir. İsrail vaxtaşırı keçid məntəqəsini bağlayır və vaxtaşırı onun əməliyyatlarını koordinasiya edir. Onlar son iki gündür ki, evakuasiya və humanitar yardım məsələlərində normal şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Lakin sabah nə baş verəcəyi barədə heç bir məlumatımız yoxdur" - səfir, bildirib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun