Ərdoğandan soruşun, onda başa düşərsiniz - Piskun

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevin AB-yə tezliklə üzvlüyünü elan etməklə Ukrayna ictimaiyyətini çaşdırır.

Olaylar.az bildirir ki, bunu Ukraynanın keçmiş baş prokuroru Svyatoslav Piskun deyib.

"Polşa taxılımızın keçməsinə icazə verməsə, biz AB-yə daxil olmaq üçün danışıqlar apara bilmərik. Bu ki gülməlidir. Burada yaxşı düşünmək lazımdır: aldanmırıq ki? Həqiqi tarixlə əsl qətnamə haradadır? Bilmək istərdim.

Bizə danışıqlara hazır olduqlarını deyəndə, mən demək istəyirəm: Ərdoğana zəng edin (Türkiyə Prezidenti - red.) və soruşun: "Deyin görək, əzizim, 30 ildir ki, AB ilə danışıqlarınız necə gedir? Danışmaqdan yorulmadınız?" - o bildirib.

Piskun qeyd edib ki, hətta NATO üzvü olan ölkə də ittifaqa buraxılmır:

"Bu isə o deməkdir ki, Ukraynanı ümumiyyətlə Avropa dövlətləri blokuna qoşmaq fikrində deyillər". (axar.az)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31