FETÖ-ya qarşı növbəti əməliyyat, çoxlu sayda saxlanılan var- ÖZƏL

Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, bu dəfə əməliyyat paytaxt Ankarada həyata keçirilib.
Ankara Prokurorluğunun yaydığı məlumatda əməliyyatlar zamanı 19 nəfərin həbs edildiyi bildirilir. Onların FETÖ-nün təşkilatlanması, ictimai sektorda aktiv rol oynaması, qaçaqmalçılıq cinayətlərində iştirak etdiyi bildirilir. Saxlanılan şəxslərin işi məhkəməyə göndərilib. Terror təşkilatı ilə əlaqəsi olan digər şəxslərin tapılıb üzə çıxarılması istiqamətində işlər davam etdirlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31