Qəzada yaralanan nazir vəzifədən AZAD EDİLDİ

Bu gün avtomobil qəzasına düşən Xorvatiya müdafiə naziri Mario Banoziç vəzifəsindən azad edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Baş naziri Andrey Plenkoviç qərar verib.

Qeyd edək ki, qəza bu gün Vinkovtsi şəhəri yaxınlığındakı yollardan birində nazir ova gedən zaman baş verib. Banojiçin olduğu "Cip" qarşıdan gələn mikroavtobusla toqquşub. Banojiç ağır yaralanıb, mikroavtobusun sürücüsü isə yerindəcə ölüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31