Ukrayna Rusiya sərhədinin 5 kilometrliyində bayraq qaldırdı
11 Noyabr 2023 22:22 DünyaUkrayna əsgərləri Xarkov vilayətinin Topoli kəndində dövlət bayrağını qaldırıblar.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, əsgərlər Rusiya ilə sərhəddə yerləşən, "boz zona" adlanan ərazidə yerləşən Topoli kəndinə gedib və orda Ukrayna bayrağını qaldırıblar.
Qeyd edək ki, sözügedən kənd təmas xəttindən 2 km, Rusiya ilə sərhəddən isə 5 km aralıda yerləşir.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31