Qüds bizim qırmızı xəttimizdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısında çıxış edib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır.

"Qüds bizim qırmızı xəttimizdir", - deyən R.T.Ərdoğan Fələstin üçün fond yaradılmasını da təklif edib.

Zirvə toplantısında çıxış edən R.T.Ərdoğan Qərbin ikili standartlarını da tənqid edib.

"Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31