Yük qatarında partlayış: 19 vaqon aşdı

Rusiyanın Ryazan vilayətində yük qatarında partlayış olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Dəmir Yolları məlumat yayıb.

Partlayış nəticəsində 19 yük vaqonu relsdən çıxaraq aşıb. Hadisə "Rıbnoye-Blok post" keçidində baş verib.

Partlayış zamanı bir nəfər xəsarət alıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31