Qərb Rusiyanın qələbəsini rəsmən etiraf edir? - Zaxarova

Mən düz başa düşürəm? Avropa Birliyi Rusiyanın qələbəsini rəsmən etiraf edir?

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ukraynanın Rusiya üzərində qələbə perspektivinin dərhal olmadığı barədə fikrini şərh edərkən deyib.

"Jozep Borrell ötən il demişdi ki, Ukraynadakı müharibəni döyüş meydanında qazanmaq lazımdır. Bu gün isə etiraf edir ki, yaxın gələcəkdə Ukraynanın Rusiya üzərində qələbəsi gözlənilmir", - Zaxarova qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31