İsrail Qəzzada azı 222 nəfərin əsir saxlandığını açıqladı

Qəzza bölgəsində ən azı 222 nəfər əsir saxlanılıb.

Olaylar.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Xaqari açıqlama verib.

İsrail mindən çox HƏMAS tərəfdarının əsir götürüldüyünü açıqladı

Onun sözlərinə görə, İsrail Ordusu Qəzza bölgəsində 222 nəfərin saxlanıldığına dair məlumata malikdir və saxlanılan şəxslərin ailələri ilə təmasdadır.

Xaqari İsrail Ordusunun oktyabrın 23-nə olan itkilərinin isə ən azı 308 nəfər olduğunu əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

(Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31