İsrail mindən çox HƏMAS tərəfdarının əsir götürüldüyünü açıqladı
23 Oktyabr 2023 12:48 DünyaMindən çox HƏMAS tərəfdarı İsrail hərbçiləri tərəfindən əsir götürüb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Xaqari açıqlama verib.
O, əsir götürülənlərin arasında öldürülənlərin olduğunu da bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
(trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31