Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb
9 Oktyabr 2023 11:25 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq".
Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "X" hesabında yazıb.
O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: "Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31