Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq

Telekommunikasiya infrastruktur məlumatlarının xəritələnməsi və coğrafi informasiya sisteminin qurulması üçün platforma yaradılacaq.

Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi) tərəfindən həyata keçiriləcək.

Belə ki, telekommunikasiya xidmət təchizatçılarının şəbəkə xətləri barədə informasiyanı özündə birləşdirən telekommunikasiya infrastruktur məlumat bazası ("Genişzolaqlı Xəritələndirmə") və coğrafi informasiya sisteminin mövcudluğu mümkün olacaq.

Platforma yaradılması 2026-cı il dekabrın 30-na kimi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31