Ramiz Göyüşün yeni kitabı çapdan çıxıb
14:18 MədəniyyətYazıçı -publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Göyüşün, xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr etdiyi "Ellər yaşadacaq şair ömrünü" adlı yeni kitabı çapdan çıxıb.
Nəşri "İmza" nəşrlər evi tərəfindən həyata keçirilən kitabın redaktoru filologiya elmləri doktoru, professor Rüstəm Kamal, məsləhətçisi isə floilogiya üzrə fəlsəfə doktoru, Səməd Vurğun irsinin yorulmaz tədqiqatçısı, Vurğunşünas alim Aslan Salmansoydur.
Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığının ayrı-ayrı məqamlarına həsr olunmuş kitabda böyük şairin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin tarixində müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyətlərlə yaradıcılıq münasibətləri və şəxsi dostluğu, eyni zamanda ayrı -ayrı əsərləriniun yaranma tarixi və məqamları haqqında məlumatlar, şairin musiqi dünyası barədə son dərəcə maraqlı məlumatlar öz əksini tapmışdır.
Kitabda həmçinin Azərbaycan ədəbiyyatı tarixində şairlərin dostluğunun özü bir yaradıcılıq aktı, davranış hadisəsi kimi təqdim olunur.
Həmçinin Səməd Vurğunun şəxsiyyəti, yaradıcılığı, onun Azərbaycan ədəbiiyatı və mədəniyyətində tutduğu mövqeyi haqqında görkəmli elm, sənət və mədəniyyət adamlarının, görkəmli şəxsiyyətlərin indiyə qədər lokanik şəkildə təqdim olunmamış fikirləri öz əksini tapmışdır.
Kitabda toplanmış materiallar həm də vurğunşünaslıq elminə dəyərli bir töhfə kimi təqdim olunur.
Nəfis şəkildə hazırlanmış kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.