Aİ rusiyalı iş adamlarını oliqarx adlandırmağı dayandırıb - ÖZƏL

Avropa İttifaqı sanksiyalar tətbiq edərkən rus iş adamlarını oliqarx adlandırmağı dayandırıb. 

Rusları təsvir edərkən artıq "oliqarx" sözü işlənmir. O, "aparıcı iş adamı" ifadəsi ilə əvəz edilib.

Məlumata görə, Aİ Şurası Rusiyadan qara siyahıda olan 140 fiziki və 41 hüquqi şəxs haqqında məlumatlara dəyişiklik edib.

Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirmişdi ki, Avropa İttifaqı (Aİ) çox güman ki, özü anti-Rusiya sanksiyalarının tətbiqi və ləğv edilməsinin məntiqini izah edə bilməz.

Eyni zamanda Peskov qeyd edib ki, iş adamları region ictimaiyyətinin məhdudiyyətləri aradan qaldırmaq üçün müxtəlif yollarla cəhd ediblər. O, Avropa İttifaqının beynəlxalq hüququn pozulmasına diqqət çəkib, çünki sahibkarlara və ya rusların şəxsi mülkiyyətinə qarşı sanksiyaların tətbiqi bütün mövcud qanunlara ziddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31