İrəvan Roma Statutunu qəbul edir: Putin həbs ediləcək?
14 Sentyabr 2023 15:43 DünyaErmənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkənin Roma Statutuna qoşulacağı təqdirdə İrəvan-Moskva münasibətləri üçün risklər barədə sualları cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan Rusiya rəhbərinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl prosesə başlayıb (Putinə qarşı cinayət təqibi haqqında BCM qərarı 2023-cü ilin martında qəbul edilib, Ermənistan prosesə 2022-ci ilin dekabrında başlayıb - red.).
"İrəvan sözügedən nizamnaməyə qoşulmaqla məhkəmənin Putinin həbs edilməsi ilə bağlı verdiyi orderi yerinə yetirəcəkmi" sualını isə Minasyan belə cavablandırıb:
"Bu artıq siyasi sualdır. Hüquqi bazaya gəlincə, bu statut bizə qarşı hərbi cinayətlərə baxəlması üçün beynəlxalq mexanizm yaradır".