Cənubi Qafqazda sabitlik Rusiyanın buralardan birdəfəlik getməsi ilə baş tuta bilər- ÖZƏL

"Rusiyanın sülhməramlı adını verduyi hərbi kontingenti, sülhməramlı missiyadan daha çox işğalçılıq siyasəti ilə məşğuldur. Onlar bunu açıq şəkildə edirlər". "OLAYLAR" xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Pasinyan düşmən ölkənin baş naziri və hökumət başçısı olsa da, onun Rusiya barədə dedikləri bir həqiqətdir:
"Onun bu addımları bizim üçün də faydalı ola bilər. Çünki, Cənubi Qafqazda sabitlik məhz Rusiyanın buralardan birdəfəlik getməsi ilə baş tuta bilər. Əks halda Rusiyanın oyunbazlıqları fonunda çox qanlar axa bilər. Bunun üçün Cənubi Qafqaz ölkələrinin birliyinə ehtiyac var. Məhz ağıllı və cəsarətli siyasətlə buna nail olmaq mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31