NATO ölkələri müdafiəyə daha çox vəsait xərcləmək öhdəliyini yerinə yetirə bilməyəcək- ÖZƏL

Şimali Atlantika Alyansı (NATO) ölkələri hələlik ÜDM-in 2%-ni müdafiəyə xərcləmək öhdəliyini yerinə yetirə bilməyəcə. Bu barədə beynəlxalq konsaltinq şirkəti McKinsey-in araşdırması xəbər verir. 

"Maliyyələşdirmənin artırılması ilə bağlı siyasi bəyanat vermək bir şeydir. Bu vəsaitləri ayırıb sənayeyə yönəltmək başqa məsələdir", - deyə analitik Guillaume de Ranieri yazır. 

O qeyd edir ki, hədəf səviyyəyə çatmaq üçün bir çox NATO ölkələri illər sərf etməli olacaq ki, bu da Ukraynaya yeni silah sistemləri və sursatların çatdırılma səviyyəsinə və sürətinə xüsusilə güclü təsir göstərir. Üstəlik, de Ranieri qeyd edir ki, döyüş əməliyyatları zamanı İkinci Dünya Müharibəsi ilə müqayisə oluna biləcək miqdarda sursat istifadə olunur.  Ümumilikdə, son on ildə Avropanın müdafiə xərcləri 4% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31