ABŞ İranla əsir mübadiləsi razılaşmasına görə Bayden administrasiyasını tənqid edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası ilə İran arasında beş amerikalı məhbusun azadlığa buraxılması müqabilində Tehranın 6 milyard dollar məbləğində vəsaitinin dondurulmasına dair razılaşma həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub.

Məlumatda deyilir ki, tərəflərin nümayəndələri belə bir razılaşmanın ABŞ-a düşmən olan dövlətlərin amerikalıları sonradan faydalanmaq üçün girov götürməsinə gətirib çıxaracağından qorxurlar.

Co Bayden administrasiyasının razılaşmanı diplomatik qələbə kimi təqdim etməsinə baxmayaraq, bir sıra qanunvericilər Vaşinqtonun ilk növbədə danışıqlara getməməli olduğu düşməni sevindirdiyinə inanır. 

"Əgər qaçırılan hər bir şəxs üçün bir milyard dollar ödəsək, o zaman adam oğurluğu daha çox olacaq. Girovun azad edilməsi üçün pul ödəmək ideyası dəhşətli fikirdir", -deyə  Respublikaçı senator Mitt Romni bildirib.

Eyni zamanda, demokrat Robert Mendez amerikalıları həbs oluna və ya girov götürülə biləcək ölkələrə getməmək üçün onlarla əlaqə saxlamağa çağırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31