Aİ səyahətçilərin şəxsi əşyalarına sanksiya tətbiq etməlidir - ÖZƏL
13 Sentyabr 2023 13:51 Dünya"Avropa İttifaqına üzv dövlətlər Aİ ərazisinə daxil olan rusiyalı səyahətçilərlə bağlı hər bir hadisəni fərdi şəkildə qiymətləndirməli və "ağıllı şəkildə" sanksiyalar tətbiq etməlidir".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının anti-Rusiya sanksiyaları ilə bağlı açıqlamalarında deyilir.
"Avropa Ədalət Məhkəməsinin presedent hüququna əsasən, qəbul edilmiş qadağaların effektivliyini təmin etmək və yayınma hallarının qarşısını almaq üçün sanksiyalar digər səbəblərlə yanaşı, geniş şəkildə şərh edilməlidir. Hər bir vəziyyəti qiymətləndirmək və həyata keçirmək milli səlahiyyətli orqanlara aiddir" - sənəddə, deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31