Somalidə 100-dən çox silahlı məhv edildi
13 Sentyabr 2023 13:30 DünyaSomali hökumət qüvvələri son iki gündə ölkənin mərkəzi hissəsində "Aş-Şabab" ekstremist qruplaşmasının 120 silahlısını məhv edib.
Bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala bildirib.
"Zərərsizləşdirilənlər arasında yüksək səviyyəli səhra komandirləri də var", - agentlik onun sözlərini sitat gətirib.
Nizami qoşunlar arasında mümkün itkilər açıqlanmayıb. Əməliyyat Qalmuduq əyalətində keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31