ABŞ artıq Ukraynaya dəstək üçün 100 milyard dollardan çox pul xərcləyib - ÖZƏL

"ABŞ-ın Ukraynaya yardım üçün yönəldilmiş vəsaitlərinin ümumi sayı hazırda 110,97 milyard dollar təşkil edir".

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin İdarəetmə və Büdcə Ofisinin sənədində bildirilib.

Sənəd bir qrup respublikaçı senatorun hələ yanvar ayında Ağ Evə təqdim etdiyi sorğuya cavab olaraq hazırlanıb. Orada ABŞ-ın Kiyev hökumətinə göstərdiyi hərbi, maliyyə və humanitar yardımın ümumi məbləği haqqında məlumatlar var.
Sənəddə deyilir ki, cəmi 110,97 milyard dollardan təxminən 101,19 milyard dollar artıq İdarəetmə və Büdcə İdarəsi tərəfindən öhdəliyə götürülüb/icra edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31