Estoniya Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Estoniya Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün (13.09) saat 10:00-dan etibarən Estoniya Rusiya dövlət nömrə nişanlı avtomobillərin xarici sərhəddən ölkəyə daxil olmasını qadağan edir, çünki onlar sanksiyalara məruz qalırlar", -deyə məlumatda deyilir.

Sentyabrın 10-da Avropa İttifaqı ruslara şəxsi avtomobil, smartfon və kosmetika idxalını qadağan edib. Məhdudiyyətlərə həmçinin qiymətli daşlar, tualet kağızı, şampunlar, diş pastaları, yüklərin, yaxtaların və kameraların daşınması üçün qoşqu və yarımqoşqular daxildir.

Finlandiya Avropa İttifaqının rusiyalı turistlərin Rusiyada qeydiyyatda olan avtomobillərlə ölkəyə girişinə qadağa qoyulmasını tövsiyə edən sənədinə əməl etməyib.

Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara bildirib ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Finlandiyaya daxil ola bilməyəcəyi və ya müsadirə ediləcəyi ilə bağlı mətbuatda səs-küylü başlıqlar həqiqətə uyğun deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31