"Taliban” əfqan gənclərə müraciət etdi: “Xahiş edirik, ölkəni..”

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gənclərdən xaricə getməməyi xahiş edib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu müraciətlə "Taliban" tərəfindən təyin edilən Təhsil Nazirliyinin imtahan komissiyasının rəhbəri Əbdül-Baki Həqqani qəbul imtahanında ən yaxşı nəticə qazanmış gənclərlə görüşü zamanı çıxış edib.

Onun sözlərinə görə, "Taliban" hakimiyyəti gənclər üçün yaxşı təhsil şərait yaratmağa çalışır.

Qeyd edək ki, 2021-ci ilin avqust ayında "Taliban" silahlıları Əfqanıstanda siyasi hakimiyyətə gələndən sonra ölkənin üzləşdiyi ən böyük problemlərdən biri də "beyin axını"nın baş verməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31