Sərhədi pozmaq istəyən 7 terrorçu SAXLANILDI
12 Sentyabr 2023 23:34 DünyaSuriyadan Türkiyə ərazisinə və Türkiyədən Yunanıstana qanunsuz keçməyə cəhd edən yeddi nəfər Türkıyə sərhəd qoşunları tərəfindən yaxalanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 3-nün FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31