Ərdoğan Liviyada sel fəlakəti ilə əlaqədar başsağlığı verdi
12 Sentyabr 2023 21:10 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə telefon danışığı aparıb, sel fəlakəti ilə əlaqədar ona başsağlığı verib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, söhbət zamanı Ərdoğan fəlakətlə bağlı kədərini ifadə edib, yaralananlara tezliklə sağalma diləyib.
Ərdoğan Türkiyənin fəlakətlə mübarizədə dost və qardaş Liviya xalqının hər zaman yanında olduğunu, yardımların davam edəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31