Putin işğal günü ilə bağlı layihəni Dumaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin 30 sentyabrın "dxr", "lxr", Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsi günü" kimi qeyd olunmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"30 sentyabr 2022-ci il müasir tarixə düşəcək. Bu hadisə həmin "respublikalar" və regionlarda yaşayan xalqların tarixi birliyinə əsaslanır və milyonlarla insanın iradəsinin nəticəsidir".

Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Vladimir Putin "dxr", "lxr", Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi barədə razılaşma imzalamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31