Almaniya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin vacibliyini açıqlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya öz tərəfdaşlarını bu qış Ukraynanı mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə çağırıb.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok  bildirib.

"Biz Ukraynanın kritik infrastrukturu üzərində qış hava hücumundan müdafiə qalxanı yaratmalıyıq". 

Barbok onu da qeyd edib ki, Almaniya hakimiyyəti yaxın aylarda Kiyevə dəstəyi IRIS-T-yə genişləndirmək niyyətindədir.
Sentyabrın 7-də Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı zamanı Odessa vilayətini hava hücumundan müdafiə sistemləri ilə gücləndirməyi xahiş edib.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Ukrayna tərəfinə hava hücumundan müdafiə avadanlığı və döyüş sursatı daxil olmaqla 600 milyon dollar məbləğində yeni hərbi yardım paketinin ayrıldığını açıqlamışdı .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31