Türkiyədə 8 FETÖ üzvü HƏBS EDİLDİ
12 Sentyabr 2023 18:40 DünyaTürkiyənin İzmir şəhərində Baş Prokurorluğun qərarı ilə aparılan əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 8 nəfər həbs edilib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilib ki, şübhəlilərdən 1-i güzəştli şərtlərlə sərbəst buraxılıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanları 9 nəfərə qarşı sentyabrın 6-da əməliyayt keçirmişdi. Şübhəlilər əməliyyat nəticəsində saxlanılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31