Aİ missiyası Ermənistanda yeni ofis açdı

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı missiya "X" hesabında paylaşıb.

Məlumata görə, mərasimdə müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.

Xatırladaq ki, 100 nəfərdən ibarət sözügedən missiya fevralın 20-si Ermənistanda yerləşdirilib. Missiyanın mandatının müddəti 2 ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31