Polşa Ukrayna taxılının idxalı üçün sərhədləri açmayacağını açıqlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Avropa İttifaqının Ukrayna taxılının təşkilat ölkələrinə idxalı ilə bağlı qərarından asılı olmayaraq, Varşava kənd təsərrüfatı məhsullarının idxalı üçün sərhədləri açmayacaq. 

"Polşa Ukrayna taxılının bizi su altında qoymasına imkan verməyəcək. Brüssel rəsmilərinin qərarı nə olursa olsun, biz sərhədlərimizi açmayacağıq", - deyə Maravetski bildirib. 

Bundan əlavə, o, Polşanın maraqları üçün mübarizəyə gəldikdə, hökumətin yerli fermerlərin və onların məhsullarının qorunmasına zəmanət verdiyini söyləyən bir video yayımlayıb. Videoda həmçinin qeyd olunur ki, Varşavanın sərt mövqeyi Ukrayna taxılının Aİ bazarlarına idxalını dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31