Rusiyada güclü zəlzələ
12 Sentyabr 2023 10:28 DünyaSeysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alıblar.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.
Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.
Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31