"Bu, xoşbəxt sonluqla bitən film deyil"

"Xoşbəxt sonumuz olmayacaq. Çox insan itirmişik. Biz bunu qəbul etməliyik". 

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə açıqlaması zamanı deyib. 

"Biz hamımız uğur qazanmaq və xoşbəxt sona çatmaq istəyirik. Amma bu, bir saat yarımlıq film deyil. Bu əks hücumdur. Bu, xoşbəxt sonluqla bitən film deyil. Xoşbəxt sonumuz olmayacaq. Çox insan itirmişik. Biz bunu qəbul etməliyik. Qələbə isə yeganə şeydir ki, torpaqlarımız işğaldan azad olunsun və Rusiyanın digər ölkələrə, Baltikyanı ölkələrə, Polşaya hücum etməsinə mane olaq", - deyə Zelenski bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31