Liviyada tufan və daşqınlar: 250-dən çox insan öldü

Liviyanın şərqində son iki gündə güclü tufan və daşqınlar nəticəsində 250-dən çox insan həlak olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə "Daniel" qasırğasının Benqazi, Sus, Əl-Bayda, Əl-Mərc və Derna şəhərlərini vurması nəticəsində insanların avtomobillərində qaldığı görünür. İtkin düşənlər arasında Liviya Milli Ordusunun 7 üzvü də var.

Ölkədə üçgünlük milli matəm elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31