Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirə ediləcək
11 Sentyabr 2023 21:06 DünyaMüsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də müzakirəyə çıxarılacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk jurnalistlərə açıqlamasinda bildirib.
O qeyd edib ki, Qurani-Kərimə qarşı son vaxtlar artan hücumlar BMT İnsan Haqları Şurasının 6 oktyabrda keçiriləcək 54-cü Sessiyasında gündəmə gətiriləcək.
Qeyd edək ki, İsveç və Danimarkada son zamanlar dəfələrlə Qurani-Kərimin yandırılması müşahidə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31